"MTN işi”ndə zərərçəkmiş qismində tanınan iş adamı Orxan Abdullayevin MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və digərlərinə qarşı qaldırdırdığı 50 000 manatlıq mülki iddianın təmin olunması birinci hal deyil.
Qaynarinfo-ya daxil olan məlumata görə, bu iş üzrə digər zərərçəkənlərə dəymiş ziyanın ödənilməsi barədə məhkəmə qərarı var.
Bu həm Bakı Hərbi Məhkəməsinin qərarı təsbit olunub, həm də onların ayrıca qaldırdıqları mülki iddialar təmin olunub.
Bu sırada xüsusilə İbrahim Zeynalovun iddiasını göstərmək olar. Ona dəymiş ziyan 8 000 000 manatdır. Məhkəmə onun mülki iddiasını təmin edib.
Beləliklə, 12 il azadlıqdan məhrum edilən Mövlam Şıxəliyev üçün yeni problemlər yaranıb. Keçmiş idarə rəisi dəymiş ziyanı ödəməyəcəyi təqdirdə onun üçün əlavə məsuliyyət yarana bilər.
Seyid
Şərhlər