Siyasət 13:50 09.11.2022

Mövlud Çavuşoğlu: "Türk dünyasını gələcəyə hazırlayırıq"

"Türk dünyasını gələcəyə hazırlayırıq".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, türk dünyası hazırda beynəlxalq aləmdə baş verən proseslərə etinasız yanaşmamalıdır: "Dünyanın hər yerində problem var. Həmrəy olandan sonra bütün problemlərin öhdəsindən gələrik. Necə deyərlər, güc birlikdədir".

Nazir vurğulayıb ki, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli platforması yaradılıb.

M.Çavuşoğlu türk dövlətlərini terrorla birgə mübarizə aparmağa çağırıb.

"FETO terror təşkilatı təkcə Türkiyə üçün yox, mövcud olduğu bütün ölkələr üçün təhlükədir. Onların nə qədər hiyləgər olduğunu bilirik. Ona görə də birgə mübarizənin vacibliyi ilə bağlı xəbərdarlıq etmək istəyirəm”.