Xəbər lenti

Moldova klubu ilə anlaşan azərbaycanlı məşqçi: “Dayanmaq yoxdur”
İdman12:10 09.09.2022

Moldova klubu ilə anlaşan azərbaycanlı məşqçi: “Dayanmaq yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı məşqçi Novruz Əzimovun Moldova komandası ilə müqavilə bağladığını xəbər vermişdik. Belə ki, mütəxəssis sözügedən ölkənin təmsilçisi "Dinamo-Avto”nu çalışdıracaq. O, komandanı artıq məşqlərə də çıxarıb. 
Əzimov Qaynarinfo-ya Moldova klubuna gedişi ilə bağlı açıqlama verib. Məşqçi sabah baş tutacaq oyuna hazırlaşdıqlarını, bu səbəbdən vaxt məhdudiyyəti olduğunu bildirib:
"Yaxşıyam, çox sağ olun. Vəziyyət belədir ki, sabah oyunumuz var. Komandanı tanımaq, onlara bələd olmaq baxımından, hazırda hər biri ilə ayrı-ayrı danışıq aparıram. Ona görə vaxt darlığı var. Sabah Bakı vaxtı ilə saat 18.00-da oyunumuz olacaq. Ona görə də dayanmaq yoxdur. Bilirsiniz ki, komanda sonuncu pillədədir. Nə olur-olsun, sabahkı matçda qələbə qazanmalıyıq. Bu səbəbdən işimiz çoxdur”.
Səbuhi Həsənov