Xəbər lenti

Moldova Tatarıstan rəhbərinin ölkəyə buraxılmamasının səbəbini açıqladı
Dünya 13:05 18.04.2023

Moldova Tatarıstan rəhbərinin ölkəyə buraxılmamasının səbəbini açıqladı

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov "ölkənin daxili işlərinə qarışmaq” cəhdinə görə Moldovaya buraxılmayıb və o, persona non-qrata kimi tanınmır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Moldova sərhəd polisinin saytında yerləşdirilən məlumatda deyilir.

Nazirlik qeyd edib ki, son 24 saat ərzində səfərlərinin məqsədini əsaslandıra bilməyən, ifadələrində çaşqınlıq yaşayan və ya ölkəyə səfərin məqsədi ilə bağlı ziddiyyətli məlumatlar verən 46 əcnəbinin Moldovaya girişinə icazə verilməyib.

Açıqlamada qeyd olunur ki, "ölkəmizdən bu yaxınlarda qayıdan rusiyalı məmurun” persona non qrata elan edilməsi ilə bağlı iddiaları "yalandır”. Departament vurğulayıb ki, Moldovada yerli seçkilərdə namizədin dəstəklənməsi yaxşı səbəb deyil və hakimiyyət Rusiya rəsmilərindən "ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinməyi” xahiş edir.

Bu gün səhər saatlarında Minnixanov bildirib ki, yerli deputatlar Viktor Petrov və Aleksandr Suxodolskinin dəvəti ilə Moldovaya gəldikdən sonra ölkə hakimiyyəti ona arzuolunmaz şəxs olduğunu deyib və ölkəyə buraxmayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->