Xəbər lenti

Moskvada “3+3” formatında ilk görüş keçirildi
Siyasət15:15 10.12.2021

Moskvada “3+3” formatında ilk görüş keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə "3+3” formatında keçilən regional platformanın ilk toplantısı başa çatıb.
Qaynarinfo xəbər verir ki, iclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.
Beş ölkənin nümayəndələri Gürcüstanın platformaya qoşulmaqda maraqlı olduqlarını bildiriblər.
Müvafiq nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilib.