Xəbər lenti

Moskvada miqrantlara qarşı daha bir VƏHŞİLİK
Ölkə13:22 22.11.2013

Moskvada miqrantlara qarşı daha bir VƏHŞİLİK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Metroda rus sərnişin miqrantı yerə yıxaraq sinəsi üstündə oturub

Moskva metrosunda miqrantlara qarşı daha bir vəhşilik törədilib.

Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Savelovskaya" və "Çexovskaya" stansiyaları arasında, qatarda sərnişin yanında əyləşən miqrantı söyüb.

Miqrantın əyninin kirli olduğunu bildirən sərnişin onu yerə yıxaraq sinəsinə çıxıb, sonra onu döyməyə başlayıb.

Həmin sərnişinə digər iki şəxs də qoşulub

Hadisə şahidlərinin sözlərinə görə, "Çexovskaya" stansiyasında olan polislər isə hadisəyə hər hansı müdaxilə etməyərək miqrantın sərxoş olduğunu bildiriblər.

Qaynar.info