Xəbər lenti

Moskvada Rusiya və Azərbaycan XİN müavinlərinin görüşü oldu
Siyasət19:52 09.02.2021

Moskvada Rusiya və Azərbaycan XİN müavinlərinin görüşü oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 9-da Moskvada Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə xarakterli görüş keçirilib.
Rusiya XİN-dən verilən məlumata əsasən, Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko və Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov arasında baş tutan görüş ölkələr arasındakı strateji əməkdaşlıq münasibətlərinə xas olan ənənəvi dostluq və konstruktiv dialoq mühitində keçib.
Görüş zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq miqyasda aktual olan məsələlər müzakirə olunub.