Xəbər lenti

Moskvada Xəzərin statusu üzrə xüsusi İşçi qrupun iclası başladı
Siyasət15:29 08.06.2016

Moskvada Xəzərin statusu üzrə xüsusi İşçi qrupun iclası başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın paytaxtı Moskva şəhərində Xəzərin statusu üzrə xüsusi İşçi qrupun iclası başlayıb.

"Report" xəbər verir ki, toplantıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması istiqamətində həll olunmamış məsələləri müzakirə edəcəklər.

İclas üç gün davam edəcək.

Qeyd edək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının V sammiti 2016-cı ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.

Qaynarinfo.az