
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
APA-nın məlumatına görə, iclasın gündəliyinəMSK-nın 12 noyabr 2013-cü il tarixli iclas protokolunun təsdiqedilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısınıntərtibi, MSK-nın bəzi normativ xarakterli aktlar və bəzi Dairə Seçkikomissiyalarının tərkibinə dəyişiklik edilməsi barədə məsələlər daxiledilib.
İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, hər il müvafiqicra strukturları ilə birgə 125 dairə üzrə seçicilərin siyahısınındəqiqləşdirilməsi həyata keçirilib. Onun sözlərinə görə, bu il daimiseçicilərin sayı 5 milyon 54 min 455 nəfər təşkil edib ki, bu da ötənillə müqayisədə 1,4% artım deməkdir: “Seçicilərin 52%-ə yaxını qadınlar,48%-ə yaxını isə kişilər olub. 100-dən yuxarı yaşı olan 856 seçiciqeydə alınıb və onlardan ən yaşlısı 126 yaşındadır”.
MSK sədri qeyd edib ki, seçicilərin dəqiqləşməsi zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun bütün addımlar atılıb.
Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib. Sonda cari məsələlər barədə müzakirələr aparılıb.Qeyd edək ki, jurnalistlər seçici siyahılarının çapı və saxlanma şəraiti ilə də tanış olublar.
Qaynar.info