Xəbər lenti

MSK katibi: "Sosial şəbəkələrdə seçki təbliğatının qarşısı alınmalıdır"
Siyasət08:03 02.10.2013

MSK katibi: "Sosial şəbəkələrdə seçki təbliğatının qarşısı alınmalıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Sosial şəbəkələrdə təbliğat seçki prosesindən əvvəl başlayır, seçki günü və sonra da davam edir”.

APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri” mövzusunda keçirilən konfransda deyib.
 
Şura sədri deyib ki, əslində bu, bütün dünyada belədir: “Lakin buna baxmayaraq biz hesab edirik ki, sosial şəbəkələrin hələlik statusu olmadığı üçün istifadəçi seçkiyə 5 gün qalmış Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Yoxsa seçki günü sosial şəbəkə təmsilçisi seçki məntəqəsinə gəlib, seçkini müşahidə edəcəyini söyləyə bilməz”.
 
Konfransda iştirak edən Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov buna münasibət bildirərək deyib ki, əgər bu hal kütləvi xarakter alırsa və nəticəyə təsir edirsə, bunun qarşısı alınmalıdır: “Amma əsas odur ki, yeməklə doymayan, yalamaqla da doymaz. Namizədlər də bunu nəzərə almalıdırlar”.

Qaynar.info