Xəbər lenti

MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
Siyasət06:44 05.01.2022

MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2021-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.
Qaynarinfo-nun xəbərinə görə, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər.
Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu bu gündən - yanvarın 5-dən başlayıb.
Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.
MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.