Xəbər lenti

MTRŞ Səidə Sultanla bağlı tədbir görəcəkmi?
Maqazin18:19 01.06.2015

MTRŞ Səidə Sultanla bağlı tədbir görəcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Milli Tele-Radio Şurasına arayışın təqdim olunması hələ hansısa tədbirin görüləcəyi demək deyil”. Bu sözləri axar.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin aparat rəhbəri Toğrul Məmmədov deyib: 
“MTRŞ-nın Monitorinq şöbəsi hər bir halda arayış tərtib edib rəhbərliyə təhvil verir. Sözügedən məsələnin arayışda yer aldığı doğrudur, amma hər hansı bir tədbir görülməsi gözlənilmir. Təsadüfi baş verən bir hadisə olduğuna görə hansısa tədbir görülməsi nəzərdə tutulmayıb”.
Xatırladaq ki,  bir neçə gün əvvəl “Əsl şou” verilişi zamanı aparıcı-müğənni Səidə Sultanın sinəsinin görünməsi mətbuatda böyük rezonans doğurub. Sözügedən hadisədən sonra Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələ ilə bağlı arayış tərtib edildiyini bildirmişdi.
Qaynar.info