Şahin Musaoğlu adı və imzası ilk öncə Birinci Qarabağ savaşını yaddaşımızda canlandırır. Şair, bəstəkar, həkim kimi. Şahinin vətənpərvərlik motivli mahnıları haqq savaşında Azərbaycan əsgərinin ən uzaqvuran silahlarından idi.
...Hərbi-vətənpərvərlik mahnıları həyatının simvoluna çevrilmiş həkim-şair-bəstəkarla söhbətimiz çox maraqlı alındı. Onun sənətindən, bəstəkarlığından, ümumi gedişiatdan, bir qədər də tariximizdə öz möhürünü vurmuş əsərlərinə və şəxsinə biganə münasibətlərdən danışdıq. Gileylənməyi sevməyən şair-bəstəkara Şuşada keçirilən "Vaqif” poeziya günlərində, başqa sözlə vətənpərvərliyin şirin meyvəsi olaraq alınmış qala-şəhərimizdəki tədbirdə çıxış haqqının tanınmamasından qısaca narazılıq da etdi.