"Yaşımın üstünə daha bir yaş gəlir. Bir yaş da qocalırıq".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib. Sənətçi gələn il 75 illik yubileyinə hazırlaşdığını bildirib:
"74 yaşım var, az yaş deyil. Mən ümumiyyətlə, təntənəli işlərdən, mərasimlərdən uzağam. Amma hər halda 75 illik yubileyi də keçirməliyəm. İnsan bir şey arzu edir, onu həyata keçirən kimi başqa bir arzu diləyirsən, arzular tükənmir. Bu həyatda bütün arzuları reallaşdırmaq üçün canın sağ olmalıdır".
Qeyd edək ki, bu gün Xalq artisti Mübariz Tağıyevin doğum günüdür.
Bahar Rüstəmli