Xəbər lenti

“Mücrü”nün rəsmi açılış mərasimi keçiriləcək
Sənət06:05 05.02.2020

“Mücrü”nün rəsmi açılış mərasimi keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mücrü” nəşriyyatının rəsmi açılış mərasimi, Müşfiq Xanın imza günü keçiriləcək.
Qaynarinfo xəbər verir ki, 8 fevral 2020-ci il, saat 16:00-dan, 18:00-dək "Mücrü” Nəşriyyatında (Şıxəli Qurbanov 2/15, Xarici İşlər Nazirliyinin arxası) nəşriyyatın rəsmi açılış mərasimi baş tutacaq. 
Tədbirdə nəşriyyatın direktoru, detektiv yazıçı Müşfiq Xanın "Mücrü” Nəşriyyatının "Proza” seriyasından nəşr olunmuş, "Ziqzaq” kitabının təqdimatı və imza mərasimi keçiriləcək.
Ötən ilin sonu fəaliyyətə başlayan və qısa müddət ərzindəki fəaliyyəti ilə iddialarını ortaya qoyan nəşriyyatın açılış mərasimində tanınmış yazıçılar, media nümayəndələri ilə yanaşı, oxucular da iştirak edəcək və nəşriyyatın fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
"Mücrü” kollektivi təqdimatda və açılış mərasimində iştirak etməyi arzulayan hər kəsi rəsmi açılış tədbirinə dəvət edir.