Xəbər lenti

Müdafiə nazirindən yeni təyinatlar
Ölkə09:09 30.10.2013

Müdafiə nazirindən yeni təyinatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazir ehtiyatda olan baş leytenant Tofik Tağıyev mayor hərbi rütbəsi verilməklə o, Mərkəzi Kliniki Hərbi Hospitalın (MKHH) rəisi vəzifəsinə təyin edilib. 

Qaynar.info saytının məlumatına görə, bu barədə hərbi ekspert Üzeyir Cəfərov facebook hesabında məlumat verib. Ü.Cəfərovun sözlərinə görə, təyinat kollektivdə o qədər də müsbət qarşılanmayıb: 

“Xatırladım ki, MKHH-nın sabiq rəisi tibb xidməti polkovniki Firudin Qarabəyov uzun illər MN sistemində çalışıb və bir müddət bundan əvvəl MN-nin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində xidmət keçib. Nazirin digər əmri ilə sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində nazirliyin Ərzaq Xidməti rəisi olmuş, bir müddət bundan əvvəl isə ehtiyata tərxis edilmiş polkovnik-leytenant Malik Qurbanovun yenidən hərbi xidmətə çağırlımaqla bu vəzifəyə təyin edilib”.

Qaynar.info