Xəbər lenti

Müdafiə Nazirliyinin saytı 3 dilə niyə keçmir? - AÇIQLAMA
Ölkə09:20 15.07.2016

Müdafiə Nazirliyinin saytı 3 dilə niyə keçmir? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprel döyüşləri zamanı cəbhədə baş verənləri dünya ictimaiyyətinə çatdıran Müdafiə Nazirliyinin saytında (mod.gov.az) müəyyən ləngimlər olurdu. Bununla yanaşı, saytın yarandığı gündən yalnız Azərbaycan dilində fəaliyyə göstərməsi xarici medianın cəbhədə baş verənlərlə bağlı rəsmi mövqe əldə etməsini çətinləşdirirdi. 
İctimaiyyətin təpkisindən sonra informasiyar daha iki dilə - rus və ingilis dillərinə təcrümə edilərək sayta yerlişdirilməyə başladı, nazirliyin "Facebook" səhifəsi yaradıldı. 
Hazırda Müdafiə Nazirliyi informasiyaları Azərbaycan, rus və ingilis dillərində yayır. Amma hələ də nazirliyin rəsmi saytının rus və ingilis bölmələri yoxdur. Halbuki, düşməni informasiya müharibəsində üstələmək, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bu çox vacib amildi. Buna baxmayaraq, hələ də bu sadə işi görmək mümkün olmayıb.
"Qaynarinfo.Az" bununla bağlı Müdafiyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıya müraciət edib. Nazirlik rəsmisi belə bir planlarının olduğunu bildirib: "Hələlik informasiyalar tərcümə olunur. Saytın özünü 3 dilə keçirmək planlarımız var. Ancaq bunun nə zaman reallaşacağını deyə bilmərəm".
Məlumat üçün qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyinin saytı üç dildə (erməni, rus, ingilis) fəaliyyət göstərir. 
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az