Xəbər lenti

Müdafiə Nazirliyinin yüksək çinli zabitləri həbs edildi - Azərbaycanda
Ölkə06:03 29.07.2015

Müdafiə Nazirliyinin yüksək çinli zabitləri həbs edildi - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər. Bu barədə haqqin.az etibarlı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Səbail məhkəməsi həmin şəxslər haqqında həbs qətimkan tədbiri seçib. Baş hərbi müfəttişliyin əməkdaşlarının korrupsiyada ittiham olunduqları bildirilir. 
Haqqın.az saytı saxlanılan yüksək vəzifəli şəxslərin adlarını bilsə də, dəfələrlə müraciət etmələrinə baxmayaraq, Baş Prokurorluq həmin şəxslərin adlarını açıqlamayıb.  
Həbslə bağlı ölkə prezidenti İlham Əliyev də məlumatlandırılıb və korrupsiya qalmaqalının araşdırılması dövlət başçısının nəzarətindədir. 
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur. 
O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib.//"Qafqazinfo"
Qaynar.info