Xəbər lenti

Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yaydı
Ölkə19:00 06.02.2018

Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Sənayesi Nazirliyi "Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb. 
Qaynarinfo-nun xəbərinə görə, nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində "Üfüq” İstehsalat Birliyinin "Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.