Xəbər lenti

Müəllim olmaq istəyənlər üçün şans
Ölkə08:54 26.04.2017

Müəllim olmaq istəyənlər üçün şans

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanı keçirib. İmtahanda respublikanın 20 bölgəsindən müəllim olmağa hazırlaşan 560 nəfər iştirak edib.

"Qaynar" xəbər verir ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.

Növbəti elektron sınaq imtahanları aprelin 30-da Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçiriləcək. Elektron sınaq imtahanında iştirak üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etməklə qeydiyyat keçmək olar. 

Qeydiyyatdan keçdikdən sonra 2 gün müddətində mərkəzə yaxınlaşıb 6 manat ödəniş etməklə sınağa bilet əldə edə biləcəksiniz.

Elçin Mahmud

Qaynar.Az