Xəbər lenti

Müəllim və əri faciəvi şəkildə öldü
Ölkə06:11 08.04.2023

Müəllim və əri faciəvi şəkildə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gədəbəydə ər və arvad dəm qazından boğularaq ölüb.
"Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Moruqlu kəndində fərdi yaşayış evlərindən birində baş verib. Kənd sakinləri 64 yaşlı Oktay Əliyev və həyat yoldaşı 61 yaşlı Məryəm Məmmədovanın yaşadıqları evdə meyiti tapılıb.
Qeyd edək ki, hər iki şəxs Moruqlu kənd orta məktəbinin işçiləri olub. M.Məmmədova müəllimə, O.Əliyev isə texniki işçi kimi çalışıb.
Faktla bağlı araşdırma aparılır.