Xəbər lenti

Müəllimlərə şad xəbər - 1000 MANAT MAAŞ
Ölkə13:57 12.11.2013

Müəllimlərə şad xəbər - 1000 MANAT MAAŞ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müəllimlərin maaşının növbəti illərdə 800-1000 manata qaldırılması ilə bağlı addımlar atılmalıdır.

Oxu.Az xəbər verir ki, bu sözlər Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaiti ümumi daxili məhsulun (ÜDM) 5 faizi həcminə qədər artırmaqla müəllimlərin maaşlarını da orta aylıq əmək haqqından yüksəyə qaldırmaq mümkündür:

"İndi təhsilə ayrılan vəsait ÜDM-in 1,7 faizi həcmindədir. Ölkədə məktəb direktorları 300 manatdan çox maaş almırlar. Ancaq təhsilə ayrılan vəsaiti ÜDM-nin 5 faizi həcminə qaldırmaqla müəllimlərin maaşlarını 800 manata qədər artırmaq olar”. 

Deputatın sözlərinə görə, bu artımı birdəfəyə həyata keçirmək mümkün deyil, ancaq mərhələ-mərhələ bunu reallaşdırmaq mümkündür: "Müəllimlərin maaşlarını əvvəlcə orta aylıq əmək haqqı səviyyəsinə, daha sonra isə təhsil sahəsinə ayrılan vəsaiti bir qədər də artırmaqla onların maaşlarını orta əmək haqqından da yüksək səviyyəyə çıxarmaq olar”.

Qaynar.info