
"Zaqatala" klubunun baş məşqçisi Şaban Şirdanov futbolçusu Oruc Balaşlının Zaqatala futbol məktəbinin yetirməsi olmuş Qurban Qurbanovla müqayisə edib.
Qaynarinfo.Az onun bu barədə fikirlərini təqdim edir:
"Oruc Balaşlı 10 yaşından mənim yanımda furbolun sirlərinə yiyələnib. O, 17 qol vursa da, mən ondan razı deyiləm. Çünki onun potensialının bundan 2 dəfə çox qol vurmağa layiq olduğunu bilirəm. Onu Qurban Qurbanovla müqayisə etmək? Qurban uşaq vaxtı belə potensial vəd etmirdi. Ancaq sonradan öz üzərində işləyib yaxşı futbolçu oldu. Oruc isə uşaqlıqdan potensial vəd edir".
Qaynarinfo.Az