
ATV telekanalının populyar siması Nanə Ağamalıyeva hazırda İstanbulda səs dərslərində iştirak edir.
Qaynarinfo.Az primetime.az-a istinadən xəbər verir ki, Türkiyənin bir çox tanınmış ulduzlarının səslərinin formalaşmasında zəhmət çəkmiş Fatma Karaca Canla əməkdaşlığa başlayan aparıcı müəllimi ilə olan fotosunu İnstaqram səhifəsində paylaşaraq bunları yazıb:
"İnşAllah bu yaxınlarda bir-birinin ardınca duet və solo mahnılar ifa edəcəyəm. Bu yola çıxmaq üçün böyük məsuliyyət və zəhmət tələb olunur. İstərdim ki, bu zaman içində hər gün böyük həvəs ilə mənə oxumaq dərsləri verən Fatma xanımı hər kəs tanısın.
Ətrafımda olan bir çox sənətçilərin məhz belə müəllimə böyük ehtiyacı var. Fatma xanım Türkiyənin ən çox sevilən sənətçilərinin sənət müəlliməsidir. Yəni səsin anasıdır deyək. Ustadımın əllərindən öpürəm. Mənə görə çəkdiyi zəhməti çox böyükdür".
Qaynarinfo.Az