Xəbər lenti

Müharibə başlayandan bəri Rusiya Avropadan 43 ekstradisiya imtinası alıb
Siyasət09:30 12.07.2022

Müharibə başlayandan bəri Rusiya Avropadan 43 ekstradisiya imtinası alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynaya qarşı müharibə zamanı Rusiya Avropadan 43 ekstradisiya imtinası alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” Rusiya Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən yazıb.
Bununla yanaşı, mətbuat xidməti qeyd edir ki, 2022-ci ilin ilk iki ayında cəmi dörd belə imtina olub. Artıq mart-may aylarında imtinaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Baş Prokurorluğun məlumatına görə, bir çox ölkələr imtinalarını siyasi motivlərlə izah ediblər. Onların arasında Avstriya, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Çexiya var. Təkcə Almaniya 13 ekstradisiyadan imtina edib. 
Bununla belə, əksər hallarda ölkələr imtina üçün səbəb kimi ekstradisiyanın onların hüquqi prinsiplərinə zidd olduğunu və ya sorğu edilən şəxslərin hüquqları ilə bağlı qeyri-müəyyənliyi göstəriblər.
Nizami Bağırov