Xəbər lenti

Müharibə bitdikdən sonra neçə nəfər minaya düşərək həlak olub? - Nazir açıqladı
Siyasət08:37 11.11.2021

Müharibə bitdikdən sonra neçə nəfər minaya düşərək həlak olub? - Nazir açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əsas çətinlik azad edilmiş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında çıxışı zamanı deyib.
XİN başçısı bildirib ki, müharibə bitdikdən bu günə qədər minaların partlaması səbəbindən 33 nəfər həlak olub, 134 nəfər isə yaralanıb.
C.Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması ölkəmizin əsas prioritetlərindəndir, dost ölkələrin şirkətlərinin bu prosesdə yaxından iştirakı önəmlidir.