Xəbər lenti

Murad Ədilovun şikayətinə Ali Məhkəmədə baxılacaq
Siyasət13:58 06.03.2016

Murad Ədilovun şikayətinə Ali Məhkəmədə baxılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

11 avqust 2014-cü ildə Sabirabad rayonunda, yaşadığı Xəlfəli kəndində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan və 6 il azadlıqdan məhrum edilən vicdan məhbusu, AXCP üzvü Murad Ədilovun kassasiya şikayətinə 13 aprel 2016-cı ildə saat 10-30-da Ali Məhkəmədə baxılacaq. 

Bu barədə vəkil Yalçın İmanov öz Facebook səhifəsində məlumat yayıb.

Vəkil bildirib ki, şikayət Şirvan Apellyasiya Məhkəməsinin 27 oktyabr 2015-cil tarixli qərarından verilib. Həmin qərarla Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2015-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməyib: “Muradın 6 il azadlıqdan məhrum edilməsi barədə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılıb”.

Qaynar.info