Xəbər lenti

Müsavat başqanı Abbas Lisaniyə azadlıq tələb etdi
Siyasət06:42 09.07.2019

Müsavat başqanı Abbas Lisaniyə azadlıq tələb etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib
Qaynarinfo-nun məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı Abbas Lisaniyə azadlıq tələb edib:
"İran molla rejimi Azərbaycan milli fəalı, Güney Azərbaycanda mədəni-milli azadlıqlar uğrunda mübarizə aparan soydaşımız Abbas Lisaniyə qondarma ittihamlara 8 il həbs, 2 il sürgün cəzası verib.
Güneyli, Güzeyli Azərbaycanımızda hüquqlarımız pozulur, ərazilərimiz düşmən tapdağı altında, azadlığımız uğrunda vuruşanlar həbsdə, sürgündə…
Mübarizə davam edir. Sonadək mübarizə aparanlar qalib gələcək! Abbas Lisaniyə azadlıq!"