
Müsavat Partiyasının başqanı Arif Hacılı bayram namazı qılıb.
Qaynarinfo.az xəbər verir ki, Müsavat başqanı bayram namazını Zaqatala rayonun Tala kənd Cümə məscidində qılıb.
Arif Hacılı həmçinin bildirib ki, məsciddə Axund Hacı Şakirin tolerant, terroru lənətləyən, birlik və bərabərlik çağırışları zəngin olan çıxışını dinləyib: "Hər kəsin xoş niyyətli duaları Allahın dərgahında qəbul olunsun. Ramazan bayramınız mübarək!"
Qeyd edək ki, iyunun 7-də başlayan Ramazan ayı bu gün başa çatıb.
Aydın
Qaynarinfo.az


