Xəbər lenti

Müsavat başqanının müavini sərbəst buraxıldı (YENİLƏNİB)
Siyasət08:32 29.07.2020

Müsavat başqanının müavini sərbəst buraxıldı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müsavat Partiyasının başqan müavini, Divan üzvü Fərəc Kərimli sərbəst buraxılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə onun özü məlumat verib: 
"Səhər saat 7-8 arası Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığım mənzildən polis idarəsinə aparıldım. Saxlanma səbəbim kimi iyulun 14-dən 15-ə keçən gecə Milli Məclisin qarşısında keçirilən aksiyada iştirakım göstərildi. Polis idarəsində aksiyada iştirak edən, mənə bənzəyən birinin şəkili göstərildi. Video görüntülərə də baxılmasını istədim. Video görüntülərə baxılan zaman həmin şəxsin başqa biri olduğu ortaya çıxdı.
İzahatım alındıqdan sonra sərbəst buraxıldım. Hazırda evdəyəm". 
10.50
Müsavat Partiyasının başqanının müavini Fərəc Kərimli saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın başqanı Arif Hacılı məlumat verib.
Onun orduya dəstək aksiyası ilə bağlı saxlanıldığı təxmin edilir. A.Hacılı bildirib ki, F.Kərimli Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.