Xəbər lenti

Müsavat da başsağlığı verdi
Ölkə13:09 02.08.2014

Müsavat da başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası vətən uğrunda şəhid olan övladlarımızın ailə üzvlərinə, yaxınlarına, eləcə də bütün xalqımıza başsağlığı verib. 

Qaynar.info xəbər verir ki, başsağlığında deyilir:

20 il əvvəl atəşkəs haqqında sazişin imzalanmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədlərində və cəbhə xəttində zaman-zaman atışmalar baş verib, hərbçilər və mülki vətəndaşlarımız arasında itkilər olub. Son günlər baş verən döyüşlərdə Azərbaycan ordusunun zabit və əsgər heyətində çoxsaylı şəhidlər və yaralananlar var. Atəşkəs dövründə bu qədər şəhidlərin olması hər bir Azərbaycan vətəndaşını narahat edir.

Müsavat Partiyası vətən uğrunda şəhid olan övladlarımızın ailə üzvlərinə, yaxınlarına, eləcə də bütün xalqımıza başsağlığı verir. Yaralıların tez bir zamanda sağalması üçün onlara Allahdan şəfa diləyir. Şəhidlərin qanının yerdə qalmaması üçün Müdafiə Nazirliyindən və Azərbaycan hakimiyyətindən bu hadisələrlə bağlı ictimaiyyətə dəqiq məlumat verilməsini, çoxsaylı itkilərin başvermə səbəblərinin araşdırılmasını və belə hadisələrin təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edir. Hakimiyyət ya işğal olunan torpaqlarımızın azad olunmasını həyata keçirməli, ya da atəşkəs dövründə əsgərlərimizin həyatının qorunmasını təmin etməlidir.

Tanrı şəhidlərin ruhunu şad eləsin

Tanrı Azərbaycanımızı qorusun

Qaynar.info