Xəbər lenti

Müsavat meriyanı məhkəməyə verdi
Siyasət11:03 31.03.2014

Müsavat meriyanı məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası qurultayla bağlı müraciətinin cavabsız qaldığı üçün Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

Bu barədə APA-ya məlumat verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, partiya fevralın 11-də qurultaya yer ayrılması ilə əlaqədar BŞİH-ə müraciət edib və qaydaya uyğun olaraq, müraciətə 15 gün ərzində cavab verilməlidir. 

Lakin müraciət hələ də cavabsız qaldığından partiya qurumu məhkəməyə vermək qərarına gəlib: “Sənədlər bu gün  1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilib və qəbul olunub”.

Xatırladaq ki, qurultayın mayın 24-də keçirilməsi planlaşdırılır.

Qaynar.info