Xəbər lenti

Müsavat meriyanı məhkəməyə verir
Siyasət14:45 14.03.2014

Müsavat meriyanı məhkəməyə verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı söyləyib.

G. Aslanlı bildirib ki, buna səbəb Müsavat Partiyasının növbəti qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması məqsədilə fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətinə indiyə qədər cavab verilməməsidir: “Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin hərəkətsizliyi ilə bağlı martın 17-dən hüquqi müstəvidə mübarizəyə başlayacaq. İlkin mərhələdə məhkəməyə müraciət olunacaq”.

Qeyd edək ki, Müsavat Partiyası bu il mayın 24-də 800-1000 nəfərin iştirakı ilə VIII qurultayının keçirilməsinə müvafiq  yer ayrılması üçün fevralın 11-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Qaynar.info