Xəbər lenti

“Müsavat” PA-da keçirilən görüşdə olmadığını açıqladı: “Həmin görüş olubsa...”
Siyasət11:22 11.05.2020

“Müsavat” PA-da keçirilən görüşdə olmadığını açıqladı: “Həmin görüş olubsa...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bizim belə bir görüşdən xəbərimiz yoxdur. Müsavat Partiyası tərəfindən adları keçən şəxslərə təmsilçilik üçün heç bir səlahiyyət verilməyib”.
Qaynarinfo xəbər verir ki, bunu Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı partiyasının üzvləri Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşünü şərh edərkən deyib. 
Başqan müavini AXCP və Milli Şura rəhbərliyində olan şəxslərin sözügedən görüşlə bağlı səsləndirdikləri ittihamlarını Müsavat Partiyasına qarşı qərəz hesab edir:
"Mətbuatda Novella Cəfəroğlu və qadın hüquqları müdafiə təşkilatının digər 2 üzvünün Prezident Aparatının şöbə rəhbəri Ədalət Vəliyevlə görüşdükləri haqqında xəbər gedib. Güya onlar Müsavat Partiyasını təmsil ediblər. Bu xəbər həqiqətdən uzaqdır. Həmin görüş olubsa, iştirakçılar QHT statusunda iştirak ediblər.
Olub-olmadığı bizə məlum olmayan bir QHT görüşünü Müsavat Partiyasına qarşı hücum üçün fürsətə çevirən AXCP və Mİlli Şura rəhbərliyində olan şəxslər tamam haqsız və qərəzlidirlər.
Xüsusi ilə AXCP-dən rəhbər şəxslərindən birini, konkret Seymur Həzini göndərmək istədikləri görüşə bizim göndərmədiyimiz, bizi təmsil etməyən və etmək səlahiyyətləri olmayan siravi üzvlərimizlə Prezident Aparatının yüksək rütbəli məmuru görüşürsə, buradan nəticə çıxarmaq üçün dərin biliklərə ehtiyac yoxdur.
Bizim belə bir görüşdən xəbərimiz yoxdur. Müsavat Partiyası tərəfindən adları keçən şəxslərə təmsilçilik üçün heç bir səlahiyyət verilməyib. Onlar görüşüblərsə, təmsil etdikləri QHT adından görüşüblər”.
Qeyd edək ki, Müsavat Partiyasının üzvləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, o cümlədən tanınmış hüquq müdafiəçisi Səadət Bənənyarlı Prezident Admnistrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb. Novella Cəfəroğlu sözügedən görüşlə bağlı sayıtmıza açıqlamasında "Sözsüz ki, siyasi partiyalarla bağlı müzakirə aparılan bir görüşdə Müsavat Partiyası kənarda qala bilməz. Söhbət olub. Hər şey bizim rəhbərlikdən asılıdır, biz Müsavat Partiyasının sadə üzvləriyik. Çox istəyərdim ki, bu dialoq olsun”,- deyə bildirmişdi.
Bahar Rüstəmli