Xəbər lenti

Müsavat Partiyası ilə meriyanın məhkəmə qalmaqalı - AÇIQLAMA
Siyasət19:45 23.05.2014

Müsavat Partiyası ilə meriyanın məhkəmə qalmaqalı - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 21-də 1 saylı İnzibati İqtisadi Məhkəməsində hakim Fəqan Əhmədovun sədrliyi ilə Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası əsasında məhkəmə prosesi baş tutub.

Bu barədə Aktual.az-a Müsavat Partiyasının vəkili Nemət Kərimli məlumat verib.

Nemət Kərimli partiyanın qarşı tərəfə olan iddiasının əsasında mayın 24-də Bakı Şəhəri İcra Hakimiyyətinin Müsavat Partiyasının qurultayı üçün yer ayırmasının əsas şərt olduğunu deyib: “O zaman hesab etmişdik ki, bu məsələni barışıq yolu ilə nizamlamaq mümkün olacaq. Lakin onlar çox əsassız olaraq bizim müraciətə mayın 16-da cavab verdilər. Bu zaman kəsiyində isə icazə verilsəydi belə qurultayın keçirilməsi mümkün olmayacaqdı. Birincisi, onların dedikləri yer 620 nəfər üçün nəzərdə tutulub. Bu isə yetərli say deyil.

Digər tərəfdən isə qurultayda başqanlığa, məclisə və nəzarət-təftiş komissiyasına seçkilər olacağından təbliğat-təşviqat kampaniyası üçün zaman olmayacaqdı. Ona görə də biz tərəfdən vəsadət verildi ki , həmin iddianın müddəti iyun ayının 28-nə qədər dəyişilsin”.

Partiyanın nümayəndəsi meriyanın Cəlal adlı hüquqşunasından da gileyləndi: “BŞİH-nin nümayəndəsi saat 14:30 başlanılması nəzərdə tutulan məhkəməyə 30 dəqiqə sonra gəldi. O yalnız meriyanın bizə göndərdiyi məktubu gətirdi. Qarşı tərəfin nümayəndəsi məhkəmədə iştirak etməyərək, məhkəməyə onun hakiminə hörmətsizlik nümayiş etdirdi. Bu da meriyanın qanunlara münasibətinin bariz nümunəsidir”

Qaynar.info