Xəbər lenti

Müsavat Partiyasından “El” Hərəkatına əməkdaşlıq təklifi - FOTO
Siyasət14:14 19.12.2013

Müsavat Partiyasından “El” Hərəkatına əməkdaşlıq təklifi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Müsavat Partiyası və El Hərəkatının rəhbərliyi arasında görüş keçirilib

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Ali Məclis sədri Arzu Səmədbəyli, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, başqanını müavini Gülağa Aslanlı, “El” Hərəkatından isə Hərəkatın sədri Eldar Namazov, Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev, Hərəkatın İdarə Heyətinin üzvləri Köçəri Nağıbəyli və Zəfər Quliyev iştirak edib.
 
Görüşdə Müsavat Partiyası “El” Hərəkatına əməkdaşlıq sazişi imzalamağı təklif edib. Gülağa Aslanlı təklifin “El” Hərəkatının üzvləri tərəfindən müsbət qarşılandığını, yekun qərarın “El” Hərəkatının İdarə Heyətində qəbul ediləcəyini bildirib.


Qaynar.info