Xəbər lenti

Müsavat Partiyasından istefa verdi
Siyasət17:01 07.10.2014

Müsavat Partiyasından istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyasının üzvü Zaur Əkbər istefa verib.

Musavat.com-un verdiyi xəbərə görə, Z.Əkbər bu haqda öz "facebook" səhifəsində status paylaşıb:
 “Düz on ildir ki, Müsavat Partiyasının üzvüyəm. Bir neçə il müddətində Müsavat Gənclər Təşkilatının təbliğat məsələləri ilə sədr müavini olmuşam. Bu müddət ərzində hər zaman üzərimə düşən işi çox ləyaqətlə yerinə yetirmişəm. Partiyada aktiv olduğum dövrlərdə heç bir qrupun və ya tərəfin adamı olmamışam.
Hər zaman Azərbaycanımızın banisi olan Məhəmməd Əmin Rəsulzadənin ideya və dəyərlərinin daşıyıcısı olmuşam.  Bu istiqamədəki mübarizəm indi də davam edir və bundan sonra da davam edəcək.
2007-ci ildən isə müstəqil olaraq ictimai-siyasi fəaliyyətə üstünlük vermişəm. Amma bununla yanaşı Müsavat Partiyasında sıravi üzv kimi qalmışam. Hazırda isə özümün gələcək ictimai-siyasi fəaliyyətimi, planlarımı daha çox müstəqil şəkildə həyata keçirəcəyimi və bu istiqamətdə fəaliyyətimi gücləndirəcəyimi nəzərə alaraq bu gündən Müsavat Partiyası sıralarından istefa verirəm. Partiyaya isə gələcək işlərində uğurlar arzulayıram”.
Qeyd edək ki, Zaur Əkbər eyni zamanda “Gənclər klubu” İctimai Birliyinin həmtəsisçisidir.
Qaynar.info