
Bu gün Müsavat Partiyası Bakı Apelyasiya Məhkəməsinin referendumla bağlı qərarından Ali Məhkəməyə şikayət verib.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə məlumatı Nemət Kərimli yayıb. Vəkil bildirib ki, referendumla əlaqədar hüquqi müstəvidə mübarizə sonadək davam etdiriləcək.
Qeyd edək ki, Apelyasiya Məhkəməsi “Respublika” təşəbbüs qrupunun qeydə alınmaması haqda Mərkəzi Seçki Komissiyasının qərarını qüvvə saxlayıb.
MSK “Respublika” təşviqat qrupunun müdafiəsinə verilmiş 41 128 seçici imzasının 3600-nün etibarsiz olması barədə qərar çıxarıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.
Aydın
Qaynarinfo.Az