Xəbər lenti

“Müsavat” seçki siyahısına daha 4 namizədini əlavə etdi (ADLAR)
Siyasət 14:48 15.07.2024

“Müsavat” seçki siyahısına daha 4 namizədini əlavə etdi (ADLAR)

Bu gün Müsavat Partiyasından növbədənkənar parlament seçkilərində iştirak edəcək daha 4 namizədin adı açıqlanıb. 

Bu barədə Qaynarinfo-ya partiyadan məlumat verilib. 

Müsavat Divanının seçkidə iştirakını təsdiq etdiyi həmin dörd namizəd bunlardır:

Mustafa Hacılı - 8 saylı Binəqədi birinci seçki dairəsi, İlqar Quliyev - 32 saylı Suraxanı üçüncü seçki dairəsi, Osman Kazımov 84 saylı Füzuli seçki dairəsi, Sabir Məmmədli - 104 saylı Gədəbəy seçki dairəsi. 

Qeyd edək ki, Müsavat Partiyası bu günə kimi növbədənkənar parlament seçkilərində iştirak edəcək 34 dairə üzrə namizədlərin adını açıqlayıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->