Xəbər lenti

Müsavat və AXCP arasında görüş olub? - Açıqlama
Siyasət08:23 06.05.2016

Müsavat və AXCP arasında görüş olub? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu görüşü Müsavat və AXCP arasında olan müzakirə kimi qələmə vermək doğru deyil"

Qaynarinfo.az xəbər verir ki, əfv sərəcamı ilə həbsdən yeni çıxmış Müsavat partiyasının başqan müavini Tofiq Yaqublu sosial şəbəkədə "Cəhəçilər müsavatçılar çay süfrəsi arxasında. Və arxası gələcək" paylaşımı edib. 

Foto izləyicilərin marağına səbəb olub. Nəzər alsaq ki, Müsavat vəv AXCP arasında uzun zamandır soyuq münasibətlər var. Müxtəlif zamanlarda iki partiyanın rəsmiləri bir-birlərinin ünvanına tənqidlər səsləndiriblər. 

Qaynarinfo.az danışan Müsavat Partiyası başqanının müavini Elman Fəttah görüşün təsadüfən baş tutduğunu deyib.

Elman Fəttah qeyd edib ki, bu öncədən planlaşdırılan bir görüş olmayıb: "Dünən Tofiq bəylə bir yerdəydik. Daha sorna, Tofiq bəyin evinə getdik. Gözəl Bayramlı, Gültəkin Ələsgərli və İlham Hüseynli Tofiq bəyi ziyarətə gəlmişdilər. Burada öncədən planlaşdırılmış və siyasi görüş nəzərdə tutulmamışdı. Tofiq bəyin evinə mənim və digər qonaqların gələməsi təsadüf olub. O, da ev sahibi kimi, bizi yaxşı qarşılayıb, çay içmişik. Partiyalar arası hər hansı bir müzakirəni xatırlamıram. Sadəcə ictimai-siyasi fəaliyyətlə məşğul olan insanlar kimi Tofiq bəyin evində bir yerə yığışıb, çay içmişik. Bu davamlı ola bilər".

Elman Fəttah Tofiq Yaqublunun Müsavatla AXCP arasındakı soyuq münasibətləri yaxşılaşdırmağa çalışdığını bildirib: "Mən bunu təqdir edirəm. Müsavat partiyası da bu arzudadır. Amma dünənki görüşlə əlaqədar hər hansı siyasi bir müzakirə olması məlumatı yanlışdır".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az