Xəbər lenti

Müsavatdan ABŞ səfirliyindəki görüşlə bağlı AÇIQLAMA
Siyasət07:58 25.05.2013

Müsavatdan ABŞ səfirliyindəki görüşlə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gülağa Aslanlı: “Azərbaycanın gələcəyi üçün önəmli olan məsələlərə toxunuldu”

“Əvvəlcədən deyilib ki, görüşün təfərrüatları barədə mətbuata məlumat verilməsin. Deyim ki, görüşdə müzakirə edilən məsələlərin aktuallığı məni qane edib”.

Bunu Qaynar.info-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı mayın 23-də müxalifət partiyalarının ABŞ səfiri ilə görüşündən danışarkən deyib. Onun sözlərinə görə, səfirlə görüşdə Azərbaycanın gələcəyi üçün önəmli olan məsələlərə toxunulub: “Fikir mübadiləsi aparıldı. Görüşdə heç bir qərar verilməyib. Azərbaycanın ictimai-siyasi vəziyyəti müzakirə olunub”.

G.Aslanlıdan görüşün mətbuatdan gizli saxlanılmasının səbəbini soruşduqda o deyib ki, görüşün gizliliyi ilə bağlı razılaşma var. Ona görə də qaydanı pozmaq olmaz.

Qeyd edək ki, Mayın 23-də Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar müxalifət partiyalarının rəhbərləri ilə görüşüb. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı, “El” Hərəkatının lideri Eldar Namazov, ReAL Hərəkatı Məclisinin sədri Erkin Qədirli, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edib. Görüş media üçün qapalı olub.

İlkin
Qaynar.info