Müsavat başqanı İsa Qəmbər bu gün İTV-dəki canlı debatda Cəmil Həsənli ilə Hafiz Hacıyev arasında baş verənlərə münasibət bildirib.
İsa Qəmbər bununla bağlı Facebook hesabında status yazaraq "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin çıxışını alqışlayıb:
“Cəmil bəyə eşq olsun! Əvvəla o bu gün çox cəsarətli çıxış etdi. Çox az adamın söyləyə cəsarət edə bilmədiyi həqiqətləri açıq şəkildə dedi. İkincisi Cəmil Həsənli haqqının pozulmasına susmadı, geri çəkilmədi. Öz hüquqlarını sonadək tələb etdi. Cəmil bəyin bu müqaviməti haqsızlığa qarşı kütləvi dinc müqavimətin anonsudur".
P.S: “İnsaf naminə Sərdar Cəlaloğlunun davranışını təqdir edək”./qafqazinfo.az/