Xəbər lenti

Müsavatdan İbrahimbəyova CAVAB
Siyasət07:17 17.09.2013

Müsavatdan İbrahimbəyova CAVAB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mehman Cavadoğlu: “İsa bəyin Londona gedəcəyi xəbəri mətbuatda hallanmışdı”

“İsa Qəmbərin Londona səfərlə bağlı planları olmayıb. Yəni burada qabardılacaq ciddi səbəblər yoxdur”. Bunu Qaynar.info-ya Müsavat başqanının mətbuat və informasiya məsələləri üzrə müavini Mehman Cavadoğlu Rüstəm İbrahimbəyovun İsa Qəmbərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

O bildirib ki, İsa bəyin Londona gedəcəyi xəbəri mətbuatda hallanmışdı: “Yəni özü bu barədə bir söz deməmişdi. Təbii ki, bu yaxınlarda müəyyən səfərlər olacaq. Yəqin ki, İsa bəy həmin səfərlərdə iştirak edəcək”.

M.Cavadoğlu qeyd edib ki, hazırda Müsavat Partiyası ilə Milli Şura sədri Rüstəm İbrahimbəyov arasında heç bir narazılıq yoxdur.

Qeyd edək ki, Milli Şura sədri Rüstəm İbrahimbəyov mətbuata müsahibəsində Londona getməməsinə münasibət bildirərkən deyib ki, İsa Qəmbər də London səfərinə getməli idi, ancaq getmədi, heç kim bu problemi qaldırmır: "Mənim Milli Şuranın işlərindən başqa daha vacib işlərim var idi. Belə qərara gəldik ki, bölünək, 2 nəfər ora getsin. Londona vahid namizədin getməsi çox vacib idi. 20 gün - 1 aydan sonra, tətillər qurtarandan sonra Londona yenə də gedəcəyik. Çünki Milli Şuranın işləri seçkidən sonra da davam edəcək”.

İlkin
Qaynar.info