Xəbər lenti

Müsavatın daha bir üzvü partiyadan xaric edilib
Siyasət10:48 25.01.2015

Müsavatın daha bir üzvü partiyadan xaric edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyasının üzvü Ənvər Əhməd partiya sıralarından xaric edilib.

Bu barədə APA-ya Ə. Əhmədin özü məlumat verib. 

O, partiyanın ideoloji xəttinə zidd fikirlər və çağırışlar səsləndirməkdə günahlandırılaraq, qeydiyyatda olduğu Sumqayıt şəhər təşkilatı şurasının qərarı ilə Müsavat üzvlüyündən uzaqlaşdırıldığını deyib.

Ə. Əhməd VIII qurultaydan sonra formalaşan Mərkəzi Nəzarət Təftiş Komissiyası və Məclisi qeyri-legitim saydığı üçün qərardan hər hansı şikayət verməyəcəyini bildirib.

Qeyd edək ki, Ə. Əhməd 2003-cü il prezident seçkilərindən sonra həbs olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

O, hazırda Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur.

Qaynar.info