Xəbər lenti

Müsavatın təşviqat qrupu qeydə alınmadı
Siyasət11:39 27.08.2016

Müsavatın təşviqat qrupu qeydə alınmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Müsavat Partiyası tərəfindən yaradılan “Respublika” təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb.
Qaynarinfo.Az xəbər verir ki, məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, “Respublika” təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayı tələb ediləndən az olub.
O qeyd edib ki, 3604 imza etibarsız sayılıb: “Qalan 35 mindən bir qədər çox imza təşviqat qrupunun qeydə alınması üçün kifayət deyil”.
MSK “Respublika” təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi barədə qərar verib. 
Qaynarinfo.Az