Xəbər lenti

Müşavir partiya ilə niyə əlaqələrini kəsib?
Siyasət07:34 14.01.2014

Müşavir partiya ilə niyə əlaqələrini kəsib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2012-ci ilin noyabrında Vətəndaş və İnkişaf Partiyası (VİP) üzvlüyünə rəsmən qəbul edilən və partiyanın sədri Əli Əliyevin Bakı kəndləri üzrə müşaviri təyin olunan Xoşqədəm Cəbrayıloğlu VİP-lə əlaqələrini kəsib. 

Qaynar.info-ya daxil olan məlumata görə, VİP sədri Əli Əliyevin müşaviri artıq uzun müddətdir partiyanın qərargahına gedib gəlmir. Lakin bunun Xoşqədəm Cəbrayıloglunun VİP- rəhbərliyi ilə münasibətlərdə hər hansı problemi yox, səhhəti ilə baglı oldugu bildirilir. 

Müşavir özü də VİP-in qərargahına gedib-gəlməməsi barədə xəbərləri təsdiqləyib: "Artıq yaşlaşmışam, uzun müddətdir partiyaya da gedib-gələ bilmirəm. Evdəyəm, yazı-pozuyla məşgulam". 

Qeyd edək ki, Xoşqədəm Cəbrayıloglu yazıçı Elçin Əfəndiyevin ssenarisi ilə çəkilən "Arxadan vurulan zərbə" filminin prototipi Qurd Cəbrayılın oglu və “Azəri” İctimai Birliyinin sədridir.

Qaynar.info