Musiqi əsərləri və ya onların fraqmentləri çox vaxt həyatımızda bir çox hadisələri, o cümlədən təntənəli hadisələri müşayiət edir. Bundan əlavə, musiqinin özü müəyyən emosiyalar və bədən reaksiyaları yaradaraq insanın diqqətini çəkir. Bu, melodiyanın müəyyən bir vəziyyətin təfərrüatları ilə birlikdə şüurda kodlarının açılması şansını artırır. Deməli, sonradan eşidilən musiqi yaddaşımızı canlandıra bilir.
Qaynarinfo "Gismeteo”ya istinadla
xəbər verir ki, tədqiqatçılar musiqini beynin qəbul etdiyi digər audiosiqnallarla, məsələn, təbii və sənaye səsləri, eləcə də emosiya doğuran leksemlərlə ("qasırğa”, "pul” və s.) müqayisə ediblər.
Onlarla müqayisədə melodiya da sözlər qədər xatirələri oyadır. Bununla belə, müəyyən edilib ki, kədərli və ya narahatedici intonasiyalı musiqilər oxşar sözlərə nisbətən müvafiq emosiyaları daha intensiv hərəkətə keçirə bilir.
Qeyd olunur ki, bu və ya digər əsər bizi keçmişin emosional müsbət vəziyyətlərinə qaytarmağa qadirdir, onlardan terapiya kimi istifadə oluna bilər.
Həmçinin, xüsusilə tanış olan və tez-tez dinlənilən melodiya daha çox xatirələri oyadır, eyni zamanda daha spontan olur.
Buna görə də, musiqinin sevimli film və ya kitabdan daha təsirli bir siqnal kimi funksiyası, insanın, bir qayda olaraq, filmlərə, televiziya verilişlərinə baxmaqdan və ya ədəbiyyat oxumaqdan daha çox mahnı və melodiyalara qulaq asmasına əsaslanır.
Alpər