Xəbər lenti

Müxalifət liderlərinin görüşündə nələr oldu?
Siyasət14:11 13.12.2013

Müxalifət liderlərinin görüşündə nələr oldu?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat AXCP görüşü yekunlaşıb. 

Görüşdə müzakirə olunan  məsələlərlə bağlı AXCP sədrinin müavini Razi Nurullayev “Qafqazinfo”ya açıqlama verib. Onun sözlərinbə görə  görüş zamanı iki partiya arasındakı müttəfiqlik məsələləri, Milli Şuranın tərkibində yaranan fikir ayrılıqları, beynəlxalq aləmdə baş verən hadisələr, ölkədə  seçkidən sonrakı durumla bağlı məsələlər müzakirə edilib. 

Razi Nurullayev qeyd edib ki, Müsavat Partiyasının Milli Şuradan çıxması ilə bağlı konkret qərar qəbul olunmadı: “Müsavat rəhbərliyi mövqelərini bir daha müzakirə edəcəyini bildirdi. Eyni zamanda AXCP də Müsavat Partiyasının Milli Şuranın tərkibində qalmasını istədiyini bəyan etdi. Hər iki partiyanın müttəfiqliyinin Milli Şura daxilində də davam etməsi istənildi”.

Qaynar.info