Xəbər lenti

“Müxalifət Obama ilə də görüşsə, xeyri yoxdur” - Zərdüşt Əlizadə
Siyasət06:58 15.05.2014

“Müxalifət Obama ilə də görüşsə, xeyri yoxdur” - Zərdüşt Əlizadə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycan müxalifətinin Fransa prezidenti Fransua Ollandla görüşü müxalifət üçün heç bir perspektiv vəd etmir”. 

Qaynar.info xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə müxalifət nümayəndələrinin Fransa dövlət başçısı ilə görüşünün perspektivini şərh edərkən deyib. O bildirib ki, müxalifətin əsas nəfəsi, gücü onun xalqla əlaqəsindədir. Ekspertin sözlərinə görə, hakimiyyət müxalifətin xalq və vətəndaş cəmiyyətləri ilə əlaqəsinin qarşısını alır. 

“Bunun nəticəsində müxalifətdə canlanma yoxdur. Buna görə də müxalifət lap ABŞ prezidenti Barak Obama ilə görüşsə də, ona yeni nəfəs gəlməyəcək”, - deyə Z.Əlizadə söyləyib. Politoloq F.Ollandın müxalifətlə görüşünün qanuni olduğunu da vurğulayıb.

Qeyd edək ki, F.Olland Azərbaycana səfəri çərçivəsində müxalifət nümayəndələri ilə də  görüşüb. Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, REAL hərəkatından Erkin Qədirli, hüquq müdafiəçisi Leyla Yunus və Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayıl iştirak edib.

Qaynar.info