Xəbər lenti

Müxalifətin mitinqi başladı - FOTOLAR
Ölkə07:34 28.05.2013

Müxalifətin mitinqi başladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün- mayın 28-də İctimai Palataya daxil olan partiyaların təmsilçiləri, ziyalılar və bir neçə gənclər təşkilatı Bakının Novxanı qəsəbəsində- Məmməd Əmin Rəsulzadənin abidəsi önündə Respublika Gününə həsr olunmuş bayram mitinqi keçirir. Tədbirə minlərlə insan toplaşıb. Novxanda əsl izdiham yaşanır.

Tədbirdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, El hərəkatı üzvləri Eldar Namazov, Eldəniz Quliyev və başqaları iştirak edir. 

İbrahim İbrahimli tədbiri giriş sözü ilə açaraq 28 mayın Azərbaycan tarixindəki rolundan danışıb. Araşdırmaçı alim Nəsiman Yaqublu da müstəqilliyin tarixindən söz açıb.

Qeyd edək ki, mayın 28-də Şərqdə ilk demokratik respublikanın qurulmasından 95 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib./musavat.com/